Şəkidə iki avtomobil toqquşub, xəsarət alan var

Şəkidə iki avtomobil toqquşub, xəsarət alan var Şəki şəhərində yol qəzası olub.
Hadisə
27 Avqust , 2021 13:03
Şəkidə iki avtomobil toqquşub, xəsarət alan var

Şəki şəhərində yol qəzası olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki-Oğuz avtomobil yolunun Şəki şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki şəhər sakini Pərviz İsmayılovun idarə etdiyi "Ford" markalı avtomobillə və Şamaxı rayon sakini Ramazan Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub.

Qəza nəticəsində 23 yaşlı R.Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi