Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
7 İyul , 2021 22:29
Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var
0 : 00
0 : 00

Şəki rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında, Şəki-Qax avtomobil yolunun Şəkinin Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlar Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi