Yuxarı

Şəkidə icazəsiz hərəkət edənlər barəsində tədbirlər görülüb

​Şəkidə icazəsiz hərəkət edənlər barəsində tədbirlər görülüb

1162

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində icra olunur.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə davamlı olaraq xüsusi karantin rejiminin qaydaları sakinlərin diqqətinə çatdırılır. Çöldə olan, həmçinin avtomobillərdə, şəhərdaxili marşrutlarda olan vətəndaşlar polis əməkdaşları tərəfindən planşetlə yoxlanılır, onlara icazə verilib-verilmədiyi müəyyənləşdirilir. İcazəsi olmadan çölə çıxanlar barəsində isə qanunauyğun müvafiq tədbirlər görülür.

Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi