Şəkidə yeni ailə quran gənc oğlan sel sularında boğulub

Şəkidə yeni ailə quran gənc oğlan sel sularında boğulub Şəkidə boğulma hadisəsi qeydə alınıb.
Hadisə
510
7 İyun , 2021 00:51
Şəkidə yeni ailə quran gənc oğlan sel sularında boğulub

Şəkinin Kiş kəndində boğulma hadisəsi qeydə alınıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında Qurucana çayında baş verib. Çaya gələn güclü sel kənd sakini, 1996-cı il təvəllüdlü Şamil Azər oğlu Əhmədovu aparıb. 25 yaşlı Ş.Əhmədovun meyiti çaydan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Ş.Əhmədov yeni ailə qurmuşdu.

Xatırladaq ki, Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Son xəbərlər

Orphus sistemi