Şəkidə gecə saatlarında fəaliyyət göstərən iki obyekt aşkarlandı

Şəkidə gecə saatlarında fəaliyyət göstərən iki obyekt aşkarlandı Şəkidə karantin rejimi qaydalarına zidd olaraq gecə saatlarında fəaliyyət göstərən kafe və çay evi aşkar edilib
Hadisə
22 Aprel , 2021 12:51
Şəkidə gecə saatlarında fəaliyyət göstərən iki obyekt aşkarlandı

Şəkidə karantin rejimi qaydalarına zidd olaraq gecə saatlarında fəaliyyət göstərən kafe və çay evi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı Baş Küngüt kəndində yerləşən kafenin və şəhər ərazisindəki BMW adlı çay evinin gecə saatlarında fəaliyyət göstərdiyi müəyyən olunub.

Həmin obyektlərin icarədarları - Azər Nəsrullayev və Vüsal Ağəmmədov, həmçinin 14 nəfər müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, xüsusi karantin rejim qaydalarına əməl etməyin vacibliyi bir daha onların diqqətinə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi