“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 17 radələrində Şəki şəhəri, Həzi Aslanov küçəsi 5/6 ünvanında yaşayan 1952-ci il təvəllüdlü Ətrabə Həsən qızı Ələkbərovanın meyiti yaşadığı ünvanda qonşuları tərəfindən aşkar edilib.
İlkin araşdırma zamanı qadın bir-neçə gün əvvəl hələki bilinməyən səbəbdən öldüyü məlum olub. Ətrabə Ələkbərovanın ölüm səbəbini dəqiqləşdirmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib. Ətrabə Ələkbərovnın evdə tənha yaşadığı bildirlir.
Faktla bağlı araşdırma aparılır.