Yuxarı

​Şəkidə ev, talvar və 5 ton ot yanıb

Vətəndaşa məxsus evin dam örtüyü, talvar və talvarın altına yığılmış 5 ton ot yanıb

Bakı. 5 avqust. REPORT.AZ/ Şəki rayonunda yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Qoxmuq kəndində qeydə alınıb. 

Belə ki, kənddə vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan evin dam örtüyünün yanar konstruksiyaları, evə bitişik ümumi sahəsi 75 m2 olan talvar və talvarın altına yığılmış 10 ton ot bağlamasının 5 tonu yanıb.

Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi