Şəkidə ər ondan boşanmaq istəyən həyat yoldaşına görə özünü bıçaqlayıb

Şəkidə ər ondan boşanmaq istəyən həyat yoldaşına görə özünü bıçaqlayıb Polis şöbəsində hadisənin baş verməsinin dəqiq səbəbləri araşdırılır
Hadisə
12 Oktyabr , 2016 16:41
Şəkidə ər ondan boşanmaq istəyən həyat yoldaşına görə özünü bıçaqlayıb

Şəki. 12 oktyabr. REPORT.AZ/ Şəki sakini bıçaqla özünə xəsarət yetirib.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında Şəki şəhəri Vaqif küçəsi döngə 7 mənzil 24-də baş verib.

1989-cu il təvəllüdlü Elmar Nağı oğlu Əliyev yaşadığı ünvanda özünə bıçaqla xəsarət yetirib.

Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralını müayinə edən həkimlər onun qarın boşluğunda daxilə nüfuz etməyən bir bıçaq yarası aşkarlayıblar.

Xəstəxanadan "Report"a verilən məlumata görə yaralıya ilkin yardım göstərilib və vəziyyəti orta-stabildir.

Şəki Şəhər Rayon Polis şəbəsindən "Report"un müxbirinə verilən məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Həyat yoldaşının Elmar Əliyevdən boşanmaq istəməsi onu hiddətləndirib və o özünə arvadının yanında bıçaqla xəsarət yetirib.

Polis şöbəsində hadisənin baş verməsinin dəqiq səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi