Şəkidə doğum evində yanğın olub

Şəkidə doğum evində yanğın olub Faktla bağlı araşdırma aparılır
Hadisə
21 avqust 2017 15:22
Şəkidə doğum evində yanğın olub
Foto: Report.az

Şəki. 21 avqust. REPORT.AZ/ Şəki şəhərində doğum evində yanğın baş verib.

"Report" un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Şəki Regional Perinatal Mərkəzin həyətyanı sahəsində qeydə alınıb.

Kol-kosdan ibarət 500 kv metr ərazi yanaraq külə çevrilib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, doğum evinin binası yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi