Yuxarı

Şəkidə dayısının evindən oğurluq edənlər saxlanılıblar

Şəkidə dayısının evindən oğurluq edənlər saxlanılıblar

Şəki. 9 fevral. REPORT.AZ/ Şəkidə dayısının evindən oğurluq edən şəxslər yaxalanıblar.

DİN-i mətbuat xidmətinin Şəki Regional qrupundan "Report"un Şimal-qərb bürosuna verilən məlumata görə, Şəki rayonu Fazıl kənd sakini İlqar Məmmədov Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus evdən ümumi dəyəri 6000 manat dəyərində qızıl-zinət əşyaları,110 manat dəyərində bijuteriya və 600 ABŞ dollarının oğurlandığını bildirib.

Məlumatla əlaqədar Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qısa zamanda hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, iki xalaoğlu İlham Məmmədov və Məftun Mustafayev müəyyən olunaraq saxlanılıblar. Onların ətrafında keçirilən istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ev sahibi İ.Məmmədovun yaxın qohumları olduğu məlum olub.

Onlar ifadələrində ev sakinlərinin diqqətini yayındırmaq üçün əvvəlcə həyətyanı sahədəki tövləyə qəsdən od vurduqlarını və daha sonra yaranmış şəraitdən istifadə edərək oğurluq məqsədilə evə daxil olduqlarını bildiriblər. M.Mustafayevin etibarnamə ilə icarəyə götürdüyü avtomobilə baxış zamanı onun salonundan 2 ədəd idman papağından hazırlanmış maska ,eləcə də oğurlanmış qızıl-zinət əşyaları saxlanılan şəxslərin üzərindən maddi sübut kimi götürülüb.

Saxlanılan şəxslərin digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi