Şəkidə çoban intihar edib

Şəkidə çoban intihar edib Şəkidə intihar hadisəsi baş verib
Hadisə
9 Fevral , 2021 13:00
Şəkidə çoban intihar edib

Şəkidə intihar hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıca kəndində qeydə alınıb.

Belə ki, Oğuz rayonunun Qarabulaq kənd sakini, 1989-cu il təvəllüdlü Rameş Elcan oğlu Babayevin meyiti Sarıca kəndində yol kənarında ağacdan asılı vəziyyətdə aşkar edilib.

32 yaşlı Rameş Babayevin Sarıca kəndi ərazisində təsərrüfatların birində çoban işlədiyi bildirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi