​Şəkidə canavarlar kəndə hücum edib - FOTO

​Şəkidə canavarlar kəndə hücum edib - FOTO Canavarlar xeyli sayda qoyun-quzunu parçalayıb
Hadisə
23 May , 2015 11:04
​Şəkidə canavarlar kəndə hücum edib - FOTO

Bakı. 23 may. REPORT.AZ/ Şəki rayonunun Qudula kəndində canavarlar kəndə hücum edib. “Report”un xəbərinə görə, həyətlərə soxulan canavarlar xeyli sayda qoyun-quzunu parçalayıb.

Hadisə səhərə yaxın baş verib.

Kənd sakini Fikrət Məmmədovun həyətinə soxulan canavarlar burada 25 baş qoyunu parçalayıb. Digər kənd sakini Əlövsət Süleymanovun da 11 baş qoyun-quzusu canavarların şikarına çevrilib. Canavarlar ümumilikdə 4 həyətdə əhaliyə ziyan vurub.

Qudula kənd İcra Nümayəndəsi Rəşad Cumayev “Report”a bildirib ki, hadisə baş verəndən dərhal sonra Şəki rayon Baytarlıq idarəsinə xəbər verilib.

Baytarlar parçalanmış leşlərin baş hissəsindən quduzluğun müəyyənləşdirilməsi üçün nümunələr götürəcək. Sonra leşlər kənddən kənarda yandırılaraq quyuda basdırılacaq.

Son xəbərlər

Orphus sistemi