Şəkidə bir ailənin üzvləri yol qəzasında xəsarət alıb - YENİLƏNİB

Şəkidə bir ailənin üzvləri yol qəzasında xəsarət alıb - YENİLƏNİB Şəki. 23 sentyabr. REPORT.AZ/ Şəki rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlujm olub.
Hadisə
23 Sentyabr , 2018 18:35
Şəkidə bir ailənin üzvləri yol qəzasında xəsarət alıb - YENİLƏNİB

Şəki. 23 sentyabr. REPORT.AZ/ Şəki rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlujm olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü İsgəndərov Abbasəli Vaqif oğlu "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı maneəyə çırpılıb.

Qəza zamanı sürücü A.İsgəndərov, avtomobildə olan sərnişinlər-Mingəçevir şəhər sakinləri - 1992-ci il təvəllüdlü Günay Nəbi qızı İsgəndərova və 1961-ci il təvəllüdlü Zemfira Şamil qızı İsgəndərova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Xəstəxanadan "Report"a bildirilib ki, yaralılardan G.İsgəndərovanın vəziyyəti ağır olduğundan onun müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi qərara alınıb. Digər yaralıların xəsarəti yüngül olduğundan onlara ilkin yardım göstərilib və ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Qəzaya düşənlər bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.


***17:03

Şəki. 23 sentyabr. REPORT.AZ/ Şəkidə baş verən yol qəzasında bir neçə nəfər xəsarət alıb.

"Report"un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə günorta saatlarında Şəkinin giriş hissəsində baş verib.

Belə ki, "VAZ-2106" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarındakı maneəyə çırpılıb.

Hadisə zamanı avtomobildə olan şəxslərin xəsarət aldığı bildirilir. 

Faktla bağlı araşdırmalara başlanlılb. 

Son xəbərlər

Orphus sistemi