Yuxarı

Şəki bazarında baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO

Alovun söndürülməsinə Qax və Şəki rayonlarının yanğınsöndürənləri cəlb edilib

Şəki. 12 oktyabr. REPORT.AZ/  Şəki rayonunda bazarda baş verən yanğın söndürülüb. “Report”un Şimal-qərb bürosunun xəbərinə görə, Şəki şəhərində ümumi sahəsi 2 ha olan “Şəki Bazar” ASC-nin ərazisində 90 ədəd bir-birinə bitişik geyim əşyaları satışı konteynerləri və 20 ədəd satış piştaxtalarının yanar konstruksiyaları və içərisində olan mallar 1200 m2 sahədə yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınsöndürənlər yanğını söndürüb.

*** 08:42

Şəki bazarında yanğın başlayıb.

"Report" xəbər verir ki, nəticədə ticarət mərkəzinin bir hissəsi yanıb.

Alovun söndürülməsinə Qax və Şəki rayonlarının yanğınsöndürənləri cəlb edilib.

Yanğının hazırda davam etdiyi bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi