Şəkidə baş vermiş yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb

Şəkidə baş vermiş yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
15 Avqust , 2017 00:57
Şəkidə baş vermiş yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb

Şəki. 15 avqust. REPORT.AZ/ Şəkidə bir ailənin üç üzvünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında, Şəki-Qax yolunda, Şəkinin Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

Bərdə rayon sakini 1952-ci il təvəllüdlü Yusif Qənbər oğlu Nərimanov idarə etdiyi "LEXUS" markalı avtomobillə Qax rayonu istiqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına aşıb.

Hadisə zamanı sürücü və onun həyat yoldaşı - 1966-cı il təvəllüdlü Kəmalə Nadir qızı Nərimanova, habelə ailənin övladı - 2010-ci il təvəllüdlü Nərmin Nərimanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Hər üç yaralıya ilkin tibbi yardım göstərilib, K.Nərimanova xəstəxananın reanimasiya şöbəsinə, Y. Nərimanov isə cərrahiyyə şöbəsinə yerləşdirilib.

Yeddi yaşlı Nərmin müayinə olunduqdan sonra xəsarətləri yüngül olduğundan ambulator müalicə almaq şərtilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi