Şəkidə azyaşlını avtomobillə vurub öldürən şəxsin məhkəməsi başlayıb

Şəkidə azyaşlını avtomobillə vurub öldürən şəxsin məhkəməsi başlayıb Bakı. 14 yanvar. REPORT.AZ/ Şəki Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Asiman Sədirovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
14 Yanvar , 2019 20:43
Şəkidə azyaşlını avtomobillə vurub öldürən şəxsin məhkəməsi başlayıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Şəki Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Asiman Sədirovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası yanvarın 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Şəki rayonunun Vərəzət kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini, 2014-cü il təvəllüdlü Mehrab İlham oğlu Qasımov babası ilə gedərkən qəfildən yolun hərəkət zolağına çıxıb. Bu zaman yolda "VAZ-2106" markalı avtomobillə hərəkətdə olan Baş Zəyzid kənd sakini A.Sədirov azyaşlını vurub. M.Qasımov aldığı ağır xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Son xəbərlər

Orphus sistemi