Şəkidə axtarışda olan şəxs saxlanılıb

Şəkidə axtarışda olan şəxs saxlanılıb 37 yaşlı şəxsin üzərinə baxış zamanı heroin aşkar edilib
Hadisə
14 May , 2015 23:37
Şəkidə axtarışda olan şəxs saxlanılıb

Bakı. 14 may. REPORT.AZ/ Şəkidə polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə (Qəsdən sağlamlığa yüngül zərər vurma) axtarışda olan şəhər sakini 1978-ci il təvəllüdlü Zaur Əlövsət oğlu Ələkbərov saxlanılıb.

Şəki rayon polis şöbəsində "Report"a verilən məlumata görə, saxlanılan zaman onun üzərindən hal şahidlərinin iştirakı ilə 2,741 qram ağır narkotik maddə hesab olunan heroin aşkarlanaraq götürülüb.

Faktla balı Şəki şəhər rayon polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi