Şəkidə avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar

Şəkidə avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar Şəki. 22 fevral. REPORT.AZ/ Şəki rayonunda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar.
Hadisə
22 Fevral , 2019 10:35
Şəkidə avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar

Şəki. 22 fevral. REPORT.AZ/ Şəki rayonunda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar. 

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, daxil olmuş müraciətlər əsasında həmin şəxslərin müəyyən olunub saxlanılması istiqamətində əməliyyat tədbirlərinə başlanılıb. 

Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları törətməkdə şübhəli bilinən 2 nəfər, Şəki şəhər sakinləri Elxan ƏhmədovElnur İsmayılov saxlanılıb. Onların ətraflarında aparılan araşdırmalar zamanı ayrı-ayrı vaxtlarda 5 avtomobildən maqnitafon, ehtiyat hissələri, benzin, səs gücləndiricilər və digər əşyalar oğurladıqları müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi