Şəkidə avtomobillə vurulan piyada Bakıya gətirilib

Şəkidə avtomobillə vurulan piyada Bakıya gətirilib Şəkidə 17 yaşlı gənci avtomobil vurub.
Hadisə
8 sentyabr 2022 00:47
Şəkidə avtomobillə vurulan piyada Bakıya gətirilib
Courtesy İmage

Şəkidə 17 yaşlı gənci avtomobil vurub.

“Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Cümşüdov Rəşad Anar oğlu yolu keçərkən avtomobil onu vurub.

Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Yaralı təcili tibbi yardımın koməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Daha sonra Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi