Şəkidə avtomobilin qarşısını kəsən naməlum şəxs sürücunü bıçaqlayıb

Şəkidə avtomobilin qarşısını kəsən naməlum şəxs sürücunü bıçaqlayıb Yaralanan sürücü idarəetməni itirib və avtomobili maneəyə çırpıb
Hadisə
16 Sentyabr , 2017 18:36
Şəkidə avtomobilin qarşısını kəsən naməlum şəxs sürücunü bıçaqlayıb

Şəki. 16 sentyabr. REPORT.AZ/ Şəkidə bıçaqlanma hadisəsi qeydə alınıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, 1981-ci il təvəllüdlü şəhər sakini Etibar Rəhim oğlu Abdurəhmanov "90-MC-583" dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil ilə hərəkətdə olarkən, anidən qarşısını naməlum şəxs kəsərək onu bıçaqlayıb.

Yaralanan sürücü idarəetməni itirib və avtomobili maneəyə çırpıb. Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb.

Yaralı sürücü "təcili yardım" maşını ilə dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona sağ qolun üçdə birinin kəsilmiş yarası diaqnozu qoyulub.

Hazırda polis hadisəni törədən şəxsin axtarışlarını davam etdirir.

Son xəbərlər

Orphus sistemi