Şəkidə avtomobil piyadanı vuraraq öldürüb

Şəkidə avtomobil piyadanı vuraraq öldürüb DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, iyunun 14-də saat 15 radələrində Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində Nasir Hacıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən piyada, 1953-cü il təvəllüdlü Lətifov Rəsul
Hadisə
14 İyun , 2024 18:13
Şəkidə avtomobil piyadanı vuraraq öldürüb

Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində iyunun 14-də saat 15 radələrində Nasir Hacıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən piyada, 1953-cü il təvəllüdlü Lətifov Rəsul Vəhbi oğlunu vurub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un Şimal-qərb bürosuna bildirilib ki, piyada aldığı xəsarətlərdən ölüb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi