Şəkidə yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub

Şəkidə yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub Şəki rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
365
12 Dekabr , 2021 00:05
Şəkidə yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub

Şəki rayonunda baş verən yol qəzasında xəsarət alanların şəxsiyyətləri məlum olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, 55-CC-104 dövlət qeydiyyat nişanlı "Peugeot" markalı avtomobilin yoldan çıxaraq divara çırpılması nəticəsində sürücü, 1997-ci il təvəllüdlü İntiqam Əliyev və sərnişin, 2002-ci il təvəllüdlü Fariz Cəbrayılov xəsarət alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiliblər. Onların hər ikisinin vəziyyətləri ağırdır.

Qeyd edək ki, hadisə Qumux kəndində qeydə alınıb.

Fakt araşdırılır.

11.12.2021. 20:57

Şəki rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qumux kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 55-CC-104 dövlət qeydiyyat nişanlı "Peugeot" markalı avtomobil yoldan çıxaraq divara çırpılıb. Nəticədə sürücü və avtomobildə olan bir nəfər sərnişin müxtəlif xəsarətləri alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiliblər.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi