Yuxarı
    Bağlamaq

    Şəkidə avtomobil çaya aşıb, xəsarət alan var

    Faktla bağlı araşdırmalar aparılır

    Şəki. 12 iyun. REPORT.AZ/ Şəki rayonunda avtomobil çaya aşıb.

    "Report"un Şimal-qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində baş verib. 

    Belə ki, Şəki sakini Tural Bəlyar oğlu Həbillayev idarə etdiyi 55-BU-586 dövlət nömrə nişanlı "VAZ-21015" markalı avtomobillə 20 Yanvar küçəsi ilə hərəkətdə olarkən anidən idaretməni itirib maşını Qurcana çayına aşırıb. Nəticədə avtomobildə olan sərnişinlərdən biri - Leyla Vaqif qızı Əlixanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona boyun nayihəsinin qapalı travması diaqnozu qoyulub.

    Faktla bağlı araşdırmalar aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi