Şəkidə avtomobil aşıb, sürücü xəsarət alıb

Şəkidə avtomobil aşıb, sürücü xəsarət alıb Şəki rayonunda yol qəzası baş verib.
Hadisə
14 İyun , 2019 13:11
Şəkidə avtomobil aşıb, sürücü xəsarət alıb

Şəki rayonunda yol qəzası baş verib. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun Baltalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 61 yaşlı Mürvət Əsədovun idarə etdiyi minik avtomobili yoldan çıxaraq aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi