Şəkidə avtomobil ana və körpəsini vurdu

Şəkidə avtomobil ana və körpəsini vurdu Şəkidə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Hadisə
25 İyun , 2021 22:39
Şəkidə avtomobil ana və körpəsini vurdu

Şəkidə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib.

Şəki sakini Ülkər Atakişiyeva 2019-cu il təvəllüdlü oğlu Ümid Atakişiyevanı uşaq arabası ilə yoldan keçirərkən "Opel" markalı avtomobil onları vurub. Nəticədə ana və azyaşlı oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi