Şəkidə avtomobil ağaca çırpılıb, xəsarət alan var

Şəkidə avtomobil ağaca çırpılıb, xəsarət alan var Şəkidə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
29 mart 2019 05:30
Şəkidə avtomobil ağaca çırpılıb, xəsarət alan var

Şəkidə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında İsmayillı-Qaraməryəm-Şəki magistral yolunun rayonun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki rayon sakini, 1981-ci il təvəllüdlü Taleh Eyvazov idarə etdiyi 99-EE-835 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil ağaca çırpılıb.

Qəza nəticəsində xəsarət alan 38 yaşlı T.Eyvazov Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, müalicəsi cərrahiyə şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi