Şəkidə avtomobil 3 yeniyetmə qızı vurub - YENİLƏNİB

Şəkidə avtomobil 3 yeniyetmə qızı vurub - YENİLƏNİB Şəki şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan piyadaların şəxsiyyəti məlum olub.
Hadisə
8 Aprel , 2019 09:56
Şəkidə avtomobil 3 yeniyetmə qızı vurub - YENİLƏNİB
0 : 00
0 : 00

Şəki şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan piyadaların şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosunun məlumatına görə, Şəki sakini Elgiz Hümbətov idarə etdiyi "VAZ-21010" markalı avtomobillə hərəkətdə olarkən,yolu keçmək istəyən Şəki sakinləri-2002-ci il təvəllüdlü Süsəngül Şəmsəddin qızı İslamova, 2001-ci il təvəllüdlü Nazənin Rafik qızı Musayeva və 2002-ci il təvəllüdlü Türkanə Tərlan qızı Məmədovanı vurub.

Qəza nəticəsində xəsarət alan hər üç şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 17 yaşlı S.İslamova və T.Məmmədovaya ilkin yardım göstərildikdən sonra onlar evə buraxılıb. 18 yaşlı N.Musayeva isə cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-sabitdir.

Piyadaları vuran E.Hümbətov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


*** 08:12

Şəki rayonunda 3 nəfər yeniyetmə qızın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhər ərazisində qeydə alınıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Əraziyə baxış keçirilib.

Yaralılar "təcili yardım" maşınları ilə ŞƏki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırmalara bşlanılıb. 

Son xəbərlər

Orphus sistemi