Şəki. 10 dekabr. REPORT.AZ/ Şəkidə baş vermiş ağır yol qəzası nəticəsində 3 nəfərdən birinin adı məlum olub.
"Report"un Şirvan bürosu xəbər verir ki, ölən şəxs 1949-cu il təvəllüdlü Şəmkir rayon sakini Rəfael Tağı oğlu Qasımovdur.
R.Qasımov ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.
***20:02
Şəki. 9 dekabr. REPORT.AZ/ Şəki rayonu ərazisində 3 nəfərin ölümü, 5-nin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcustan magistral yolunda, Şəki rayonunun girişində baş verib.
Qəza zamanı iki "Mercedes" markalı avtomobil toqquşub. Qəzaya düşənlərdən ikisi hadisə yerində, daha biri isə Mingəçevir şəhər xəstəxanasında keçinib. Ölənlərdən birini qadın olduğu qeyd edilir.
Yaralılardan 3 nəfəri Mingəçevir şəhər xəstəxanasına, digər ikisi isə Şəkiyə aparılıb.
Mingəçevirə gətirilən yaralılar Bağırov Murad Nadir oğlu (1996-cı il təvəllüdlü Bərdə rayon Mustafalı kənd sakini), Qasımlı Elvin Babək oğlu (1992-ci il təvəllüdlü Qax sakini) və Aslanlı Rəşad Məzahir oğludur (1992-ci il təvəllüdlü Göygöl sakini).
Hər üç yaralı Mingəçevir xəstəxanasında müalicə alır.
Xəstəxanaya eyni qəzada yaralanan ümumilikdə 5 nəfər gətirilib. Onlardan biri ölüb, digəri isə ölümcül olsa da, hələ ki, sağdır.
Hadisə şahidlərinin bildirdiyinə görə, maşınlardan birində toydan qayıdan hərbçilər olub. Onlar Qax rayonundan qayıdırlarmış.
***19:31
Şəki. 9 dekabr. REPORT.AZ/ Şəkidə iki minik avtomobilinin toqquşması nəticəsində ölən və yaralananlar var.
"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcustan magistral yolunda, Şəki rayonunun girişində baş verib.