Şəkidə ağır yol qəzası baş verib, ölən və yaralanan var

Şəkidə ağır yol qəzası baş verib, ölən və yaralanan var Əməliyyat saat 04:01-də başa çatıb
Hadisə
20 Aprel , 2015 09:06
Şəkidə ağır yol qəzası baş verib, ölən və yaralanan var

Bakı. 20 aprel. REPORT.AZ/ Şəki rayonunun İnçə kəndində VAZ markalı minik avtomobili yol kənarındakı səkiyə çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nəticədə avtomobilin sahibi 1989-cu il təvəllüdlü Züliyev Orxan Yunis oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Onun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobildə olan sərnişin isə müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi Təcili Tibbi yardım tərəfindən xəstəxanaya aparılıb. Əməliyyat saat 04:01-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi