Şəki rayonunda 2011-ci il təvəllüdlü Aslan Novruz oğlu Mehdiyev məktəbdən evə qayıdarkən avtomobil vurub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib.
Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya kəllə-beyin travması və sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.