Yuxarı

Şəkidə 78 kiloqramdan çox çətənə kolu yandırılıb

Ümumi sayı 557 ədəd olan kolların hər birinin boyu 60-170 sm olub

Bakı. 21 iyun. REPORT.AZ/ Şəki şəhəri Baş Küngüt kəndi ərazisində 78 kiloqramdan çox çətənə kolu məhv edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından “Report”a verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirlər nəticəsində kəndin “Gəngir” adlanan ərazisində 1,5 ha sahədən yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkarlanaraq, yandırılma üsulu ilə məhv edilib. Ümumi sayı 557 ədəd olan kolların hər birinin boyu 60-170 sm, ümumi çəkisi isə 78 kiloqram olub.

Əməliyyat-axtarış tədbirləri “Xaş-xaş 2016” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi