Şəkidə 68 yaşlı kişinin meyiti hamamda tapılıb - YENİLƏNİB

Şəkidə 68 yaşlı kişinin meyiti hamamda tapılıb - YENİLƏNİB Şəki rayonunda 68 yaşlı kişinin meyiti hamamda tapılıb.
Hadisə
28 Oktyabr , 2019 18:16
Şəkidə 68 yaşlı kişinin meyiti hamamda tapılıb - YENİLƏNİB

Şəki rayonunda 68 yaşlı kişinin meyiti hamamda tapılıb.

“Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki şəhəri, Mirzə Fətəli Axundov küçəsi, ev 143 ünvanında qeydə alınıb. 

Belə ki, 1951-ci il təvəllüdlü Rasim Məmmədəli oğlu Ələkbərovun yaşadığı evin hamamında meyiti tapılıb. Mərhumun meyitini həyat yoldaşı aşkar edib. Onun infarkt keçirərək öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 15:23

Şəki rayonunda fərdi yaşayış evində kişi meyiti tapılıb. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Şəki şəhəri, Mirzə Fətəli Axundov küçəsi, ev 143 ünvanında qeydə alınıb. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan ahıl kişinin meyiti yaşadığı evdə qohumları tərəfindən aşkar olunub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi