Şəkidə 63 yaşlı kişi sükan arxasında ölüb - YENİLƏNİB

Şəkidə 63 yaşlı kişi sükan arxasında ölüb - YENİLƏNİB Şəki. 10 yanvar. REPORT.AZ/ Şəki rayonunda sükan arxasında dünyasını dəyişən yaşlı kişinin şəxsiyyəti məlum olub.
Hadisə
10 Yanvar , 2019 20:41
Şəkidə 63 yaşlı kişi sükan arxasında ölüb - YENİLƏNİB

Şəki. 10 yanvar. REPORT.AZ/ Şəki rayonunda sükan arxasında dünyasını dəyişən yaşlı kişinin şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Şəki şəhər sakini, 1956-cı il təvəllüdlü Məmməd Ramiz oğlu Hacıbabayev özünə məxsus minik avtomobili ilə şəhərin S.Rəhman küçəsində hərəkətdə olarkən qəfildən halı pisləşib. İdarəetmədən çıxan avtomobil yol kənarındakı dəmir qapıya dəyərək dayanıb.

Hadisə yerinə gələn Təcili Yardım Xidmətinin həkimləri tərəfindən M.Hacıbabayevin öldüyü müəyyən olunub. Onun ürək tutmasından keçindiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

*** 14:59

Şəki. 10 yanvar. REPORT.AZ/ Şəki rayonunda yaşlı kişi sükan arxasında ölüb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, isə bu gün günorta saatlarında ŞƏki şəhəri ərazisində baş verib. 

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil qəfildən idarəetmədən çıxaraq yolun kənarındakı dəmir maneəyə çırpılıb. 

Hadisə yerində ola şahidlərin verdiyi məlumata görə, avtomobilə yaxınlaşanda artıq sürücü dünyasını dəyişbmiş. Onun şəxsiyyəti hələlik məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi