Yuxarı

Şəkidə 63 yaşlı kişi özünü yandıraraq intihar edib - YENİLƏNİB

Şəkidə 63 yaşlı kişi özünü yandıraraq intihar edib

Şəki. 14 yanvar. REPORT.AZ/ Şəki rayonunda özünü yandıraraq intihar edən şəxsin adı məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, ryonun Kiş kənd sakini, 

1956-cı il təvəllüdlü Qorxmaz Zəkəriyyə oğlu Nəsrullayev yaşadığı ünvanda özünə od vuraraq yandırıb. O, aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır. 


*** 08:29

Şəki. 14 yanvar. REPORT.AZ/ Şəki rayonunda yaşlı kişi özünü yandıraraq intihar edib

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Kiş kəndi ərazisində baş verib. 

Hələlik şəxsiyyəti məlum olmayan yaşlı kişi özünə od vuraraq yandırıb. Ağır yanıq xəsarətləri alan yaşlı kişi hadisə yerində ölüb. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə yerləşdirilib. 

Kənd sakini 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi