Şəkidə 6 yaşlı qızın üzünü sahibsiz it dişləyib

Şəkidə 6 yaşlı qızın üzünü sahibsiz it dişləyib Şəki. 20 sentyabr. REPORT.AZ/ Şəki rayonunda itqapma hadisəsi baş verib.
Hadisə
20 Sentyabr , 2018 22:59
Şəkidə 6 yaşlı qızın üzünü sahibsiz it dişləyib

Şəki. 20 sentyabr. REPORT.AZ/ Şəki rayonunda itqapma hadisəsi baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında rayonun Kiş kəndində 2012-ci il təvəllüdlü yerli sakin Kərimova Ləman Şamxal qızı anası ilə yolla gedərkən sahibsiz itin hucumuna məruz qalıb.

İt 6 yaşlı Ləmanın sol üzündən dişləyərək qaçıb. Uşaq valideynlərinin köməkliyi ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan “Report”a bildirilib ki, L.Kərimovaya lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi