Şəkidə 58 yaşlı kişi intihar edib - YENİLƏNİB

Şəkidə 58 yaşlı kişi intihar edib - YENİLƏNİB Şəki şəhərində özünü asaraq intihar edən şəxsin adı məlum olub.
Hadisə
27 Mart , 2019 22:45
Şəkidə 58 yaşlı kişi intihar edib - YENİLƏNİB

Şəki şəhərində özünü asaraq intihar edən şəxsin adı məlum olub. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhər ərazisində baş verib. 

Belə ki, şəhər sakini 1961-ci il təvəllüdlü İlqar Abduləli oğlu Məmmədrəhimov yaşadığı evdə özünü asıb.

Faktla bağlı araşdırma aparılır.


*** 20:49

Şəki şəhər sakini intihar edib. 

"Report"un yerli bürosu xəbər veri ki, hələlik şəxsiyyəti məlum olmayan yaşlı kişi özünü yaşadığı evdə kəndirlə asaraq öldürüb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Hadisə yerinə baxış keçirilib və intiharın səbəbləri araşdırlır.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi