Şəkidə 51 yaşlı kişi bıçaqlanıb

Şəkidə 51 yaşlı kişi bıçaqlanıb Şəki şəhərində bıçaqlanma hadisəsi baş verib.
Hadisə
18 Oktyabr , 2021 15:40
Şəkidə 51 yaşlı kişi bıçaqlanıb

Şəki şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin N.Nərimanov prospektində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1970-ci il təvəllüdlü Murad Xeyrullah oğlu Səmədov şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı qonşusu Səlahəddin İsmayılov tərəfindən bıçaqlanıb. Kəsilmiş-deşilmiş bıçaq xəsarətləri alan 51 yaşlı M.Səmədov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Səlahəddin İsmayılov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi