Şəkidə 4311 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib - FOTO

Şəkidə 4311 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib - FOTO Şəki.12 iyun. REPORT.AZ/ Şəkidə yabanı halda bitmiş çətənə kolları məhv edilib.
Hadisə
12 İyun , 2018 11:05
Şəkidə 4311 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib - FOTO
Report

Şəki.12 iyun. REPORT.AZ/ Şəkidə yabanı halda bitmiş çətənə kolları məhv edilib.

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Şəki sakini Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) müraciət edərək ona məxsus torpaq sahəsində yabanı halda bitmiş çətənə kollarının olduğu barədə məlumat verib. Daxil olmuş müraciət əsasında polis əməkdaşları həmin əraziyə baxış keçiriblər. Oradan ümumi çəkisi 82 kiloqram olan 4311 ədəd çətənə kolu aşkar edilib və yandırılaraq məhv edilib.

Son xəbərlər

Orphus sistemi