Şəkidə 4 yaşlı uşağın üzərinə qaynar yağ dağılıb

Şəkidə 4 yaşlı uşağın üzərinə qaynar yağ dağılıb Şəki. 10 sentyabr. REPORT.AZ/ Şəki şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə
10 Sentyabr , 2018 00:08
Şəkidə 4 yaşlı uşağın üzərinə qaynar yağ dağılıb
Foto: Report.az

Şəki. 10 sentyabr. REPORT.AZ/ Şəki şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarında rayonun 2014-cü il təvəllüdlü Oxut kənd sakini Məmmədli Vüsal Vüqar oğlu yanıq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Şəki MRX-dən “Report”a verilən məlumata əsasən, müayinə zamanı 4 yaşlı Vüsal Məmmədlinin yaşağı ünvanda üzərinə qaynar yağ dağıldığı məlum olub. Nəticədə V.Məmmədli hər iki yanağından və sol bazudan I-II dərəcəli termiki yanıq xəsarətləri alıb. İlkin tibbi yardım göstərildikdən sonra o, müayinə və müalicə olunmaq üşün uşaq xəstəlikləri xəstəxanasına göndərilib. 

Son xəbərlər

Orphus sistemi