Bakı. 25 dekabr. REPORT.AZ/ Şəkidə intihar hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə axşam saatlarında rayonun Kiş kəndində qeydə alınıb.
Kənd sakini, 36 yaşlı Mətin Hüseynov intihar etmək məqsədi ilə sirkə turşusu içib. Zəhərlənən şəxs dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin rəyinə görə hal-hazırda reanimasiya şöbəsinə yerləşdirilən Mətin Hüseynovun vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.