​Şəkidə 34 yaşlı qadını ilan sancıb

​Şəkidə 34 yaşlı qadını ilan sancıb Onun vəziyyəti orta-ağır qiymətləndirilir
Hadisə
10 İyun , 2015 23:22
​Şəkidə 34 yaşlı qadını ilan sancıb

Bakı. 10 İyun. REPORT.AZ/ Bu gün axşam saatlarında Şəkinin Zunud kəndində 34 yaşlı yerli sakini ilan sancıb.

"Report" xəbər verir ki, Həvva Abdulla qızı İsmayılova yaşadığı evin həyətyanı sahəsində gəzərkən qəfildən ayağını ilanın üzərinə basıb və ilan onun sağ ayağının bud nahiyəsindən sancıb.

Zərərçəkən yaxınlarının köməkliyi ilə dərhal Şəkidən Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həvva İsmayılova xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib. Hazırda həkimlər xəstənin vəziyyətini orta-ağır qiymətləndirirlər.

Qeyd edək ki, son günlər Şimal-Qərb bölgəsində ilanvurma halları çoxalıb. Son 20 gün ərzində Qaxda 5 nəfəri ilan sancıb ki, onlardan biri dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi