Şəkidə 34 yaşlı qadın ehtiyatsızlıqdan özünə bıçaqla xəsarət yetirib

Şəkidə 34 yaşlı qadın ehtiyatsızlıqdan özünə bıçaqla xəsarət yetirib Şəki sakini ehtiyatsızlıqdan özünü bıçaqlayıb.
Hadisə
5 Oktyabr , 2019 08:01
Şəkidə 34 yaşlı qadın ehtiyatsızlıqdan özünə bıçaqla xəsarət yetirib

Şəki sakini ehtiyatsızlıqdan özünü bıçaqlayıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, səhər saatlarında Şəki rayon Mərkəzi Xəstəxanasına bıçaq xəsarəti ilə şəhər sakini, 1985-ci il təvəllüdlü Gülşən Rafiq qızı Yusubova daxil olub.

Müayinə zamanı 34 yaşlı Gülşən Yusubovaya sağ qabırğaaltının kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. G.Yusubovanın dediyinə görə, o, yaşadığı evdə yıxılıb, əlindəki bıçaq isə bədəninə batıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi