Yuxarı
    Bağlamaq

    Şəkidə 33 yaşlı qadını ilan sancıb

    Azərbaycanın şimal-qərb bölgəsində 30-a yaxın ilansancma hadisəsi baş verib

    Bakı. 30 iyul. REPORT.AZ/ Şəkidə ilansancma hadisəsi qeydə alınıb. “Report”un xəbərinə görə, Şəki rayonunun Şəki kənd sakini, 1982-ci il təvəllüdlü Əsgərova Zeynəb Tapdıq qızı həyətyanı sahədə gəzərkən ilan onun sol ayağının baldır nahiyəsindən sancıb.

    Z.Əsgərova dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti orta-ağırdır.

    Qeyd edək ki, son iki ayda Azərbaycanın şimal-qərb bölgəsində 30-a yaxın ilansancma hadisəsi baş verib. Nəticədə iki nəfər dünyasını dəyişib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi