Şəkidə 28 yaşlı gənc göldə batıb

Şəkidə 28 yaşlı gənc göldə batıb Vüsal Məmmədov kənd ərazisində göldə çimərkən boğulub
Hadisə
4 Sentyabr , 2017 21:20
Şəkidə 28 yaşlı gənc göldə batıb

Şəki. 4 sentyabr. REPORT.AZ/ Şəkidə 28 yaşlı gənc göldə batıb.

"Report" un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Fazıl kəndində baş verib.

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Vüsal Mehman oğlu Məmmədov kənd ərazisində göldə çimərkən boğulub. Onun cəsədi sudan çıxarılıb.

Qeyd edək ki, V. Məmmədov Fazıl kəndinə qonaq gəlib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi