Şəkidə 13 yaşlı oğlan itkin düşüb - FOTO

Şəkidə 13 yaşlı oğlan itkin düşüb - FOTO Şəkidə 13 yaşlı oğlan itkin düşüb.
Hadisə
22 Yanvar , 2020 12:09
Şəkidə 13 yaşlı oğlan itkin düşüb - FOTO

Şəkidə 13 yaşlı oğlan itkin düşüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Şəki şəhər sakini, 2007-ci il təvəllüdlü Hüseynəli Hüseynli yanvarın 13-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

O, evdən çıxarkən əynində qarışıq rəngli gödəkçə, qara şalvar və çəkmə, boz rəngli papaq olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Şəki Şəhər Rayon Polis Şöbəsinə 024-244-25-50 şəhər, (055) 628-00-84 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, yeniyetmə əqli qüsurludur.

Son xəbərlər

Orphus sistemi