Şəkidə 12 yaşlı yeniyetməni maşın vurub

Şəkidə 12 yaşlı yeniyetməni maşın vurub Qəzanı xəstəxanaya xəstə aparan sürücü törədib
Hadisə
29 Oktyabr , 2017 03:00
Şəkidə 12 yaşlı yeniyetməni maşın vurub

Şəki. 29 oktyabr. REPORT.AZ/ Şəkidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, hadisə şəhərin M.Ə.Rəsulzadə prospektində qeydə alınıb.

Şəki şəhər sakini, 2005-ci il təvəllüdlü Hünər Namizəd oğlu Davudovu rayonun Şorsu kənd sakini olan Rafael Xəncanov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə vurub. Yaralı dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər H.Davudovun vəziyyətinin kafi olduğunu bildirirlər.

Qeyd edək ki, hadisəni törədən sürücü avtomobilində xəstəxanaya xəstə aparırmış.

Son xəbərlər

Orphus sistemi