Şəki Xan Sarayında xəsarət alanlardan biri vəfat edib

Şəki Xan Sarayında xəsarət alanlardan biri vəfat edib Şəki Xan Sarayında baş vermiş bədbəxt hadisə zamanı yaralananlardan biri dünyasını dəyişib.
Hadisə
15 İyul , 2019 21:32
Şəki Xan Sarayında xəsarət alanlardan biri vəfat edib

Şəki Xan Sarayında baş vermiş bədbəxt hadisə zamanı yaralananlardan biri dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, Xan Sarayı qarşısındakı 500 yaşlı Xan Çinarın iri budağının qırılaraq yerə düşməsi nəticəsində ağır xəsarət alan Xatirə Ağamalıyeva həkimlərin səyinə baxmayaraq Şəki Mərkəzi Rayon Xəstəxanasında vəfat edib.

İyulun 14-də Şəki Xan Sarayı qarşısındakı 500-ə yaxın yaşı olan iki çinar ağacından birinin iri budağının qırılaraq yerə düşməsi nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan 2-si Azərbaycan əsilli Rusiya vətəndaşı, 5-i Suriya vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşlarıdır.

Son xəbərlər

Orphus sistemi