Şəki və Oğuzda koronavirus xəstələri saxlanıldı

Şəki və Oğuzda koronavirus xəstələri saxlanıldı Şəki və Oğuz Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar edilib
Hadisə
21 Aprel , 2021 10:10
Şəki və Oğuzda koronavirus xəstələri saxlanıldı
0 : 00
0 : 00

Şəki və Oğuz Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, ev şəraitində müalicəyə cəlb edilən Oğuz rayon sakini Elxan Bayraməliyev və Şəki şəhər sakini Hamil Lətifova sosial izolyasiya qaydalarına riayət edərək yaşadıqları ünvanları tərk etməmələri barədə xəbərdarlıq olunmasına baxmayaraq, onlar polis əməkdaşları tərəfindən küçədə aşkarlanıb.

Həmin şəxslər evlərinə geri qaytarılıb.

Digərlərinin də sağlamlığı üçün təhlükə yaradan E.Bayraməliyev və H.Lətifov barəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi