Şəki Suvarma Sistemləri İdarəsinin rəisi vəfat edib

Şəki Suvarma Sistemləri İdarəsinin rəisi vəfat edib Onun ölüm səbəbi açıqlanmayıb
Hadisə
17 Aprel , 2021 09:38
Şəki Suvarma Sistemləri İdarəsinin rəisi vəfat edib

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin idarə rəisi vəfat edib.

“Report”un məlumatına görə, ASC-nin Şəki Suvarma Sistemləri İdarəsinin rəisi Sadəddin Əhmədov dünyasını dəyişib.

Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, S.Əhmədov 2014-cü ildə Prezident İlham Əliyev tərəfindən su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi