Şəki sakinlərindən narkotik vasitə götürülüb

Şəki sakinlərindən narkotik vasitə götürülüb Şəki rayon sakinlərindən narkotik vasitə götürülüb.
Hadisə
22 Oktyabr , 2019 10:56
Şəki sakinlərindən narkotik vasitə götürülüb

Şəki rayon sakinlərindən narkotik vasitə götürülüb. 

Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Z.Qasımov saxlanılıb. Axtarış zamanı ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat tədbirləri ilə ona həmin narkotik vasitəni satan şəxsin rayonun Böyük Dəhnə kənd sakini Fərhad Qəhrəmanov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. F.Qəhrəmanovdan şəxsi axtarış zamanı 4 qram, yaşadığı evə baxış keçirilən zaman oradan 320 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi